“Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda QHT-lər üçün seminar keçirilib
Aprelin 11-də Seysmologiya Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Milli QHT Forumunda “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda QHT-lər üçün seminar təşkil edib. Tədbirdə AMEA nəzdində RSXM-nin "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi"nin əməkdaşları iştirak edib və "Zəlzələ zamanı davranış qaydaları"na dair məruzə ilə çıxış ediblər.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi”nin elmi işçisi, Seysmologiya Sahəsində Maarifləndirmə İctimai Birliyinin sədri Afaq Səmədzadə bildirib ki, zəlzələ zamanı düzgün davranış qaydalarını bilmək riskləri azaldır, insanların həyatını xilas edir, cəmiyyət üçün faydaya çevrilir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi”nin mütəxəssisi Aytən Babazadə zəlzələnin başvermə səbəblərindən danışaraq, zəlzələlər baş zamanı zəruri təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyinə dair təqdimatla çıxış edib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr olub və iştirakçıların sualları cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.