Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Qurban Cəlal oğlu Yetirmişli - 4 sentyabr 1952 - ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuşdur. 1974 - cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Geologiya fakültəsini bitirmişdir.

1980 - 2008 - ci illərdə AMEA nəzdində RSXM-də Baş direktor müavini, 2008-ci ildən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorudur.

Geologiya-mineralogiya elmlər doktoru, professordur. 

2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

2015-ci ildə Azərbaycan Respublikası  Prezidentinin fərmanı ilə  "Əməkdar elm xadimi" (№1509)  fəxri adına layiq görülmüşdür.  2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır. 

Q.C.Yetirmişli geodinamik, seysmoaktiv şəraiti mürəkkəb olan zonalarda, dərin qatlarda neft - qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir-sıra elmi-nəzəri işlər aparmış, 246 (115-i xarici nüfuzlu elmi jurnallarda) elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir. 

2000-ci ildə «Aşağı Kür çökəkliyində seysmo-geodinamik şərait və kəsilişlərdə neft və qaz yataqlarının paylanması» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

2010-cu ildə «Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)» mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsini almışdır.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində telemetrik seysmik stansiyalar şəbəkəsinin qurulması və genişləndirilməsində, eləcə də mərkəzin beynəlxalq standartlara uyğun proqramlarla təmin olunmasında və işin keyfiyyətinin ən yüksək səviyyəyə qaldırılmasında müstəsna xidmətləri olmuşdur. Q.C.Yetirmişlinin təşəbbüsü ilə AMEA nəzdində RSXM dünyanın ən aparıcı seysmik təşkilatları və inkişaf etmiş ölkələri ilə əməkdaşlığa başlamışdır. Onun təşkilatçılığı və rəhbərliyi altında Azərbaycanda Seysmik Monitorinq Mərkəzi yaradılmış, dünyada ilk dəfə olaraq Azərbaycanda palçıq vulkanlarının dinamikasının seysmik stansiyalar vasitəsi ilə öyrənilməsinə başlanılmışdır. 

RSXM-nin elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalının baş redaktorudur.

Bir kitabın (Geofizika cildinin) həmmüəllifi, “Azərbaycan ərazisinin seysmik rayonlaşdırılmasında gərginlik-deformasiya amillərinin nəzərə alınması metodikası” və  "Ощутимые землетрясения Азербайджана за период 2003-2018гг." kitablarının müəllifidir.

Q.C.Yetirmişlinin yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi vardır. Onun rəhbərliyi altında  üç fəlsəfə doktoru və iki elmlər doktoru hazırlanmış, hazırda altı fəlsəfə doktoru elmi dərəcəsinə namizədin elmi rəhbəri və yeddi elmlər doktorluğuna namizədlərin elmi məsləhətçisidir. RSXM-nin Elmi-Texniki Şurasının sədridir.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

1. Аzərbаycаn Sеysmоlоqlаr Assоsiаsiyаsının sədri

 2. AMEA Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının üzvü

 3. AMEA-nın Yer Elmləri bölməsinin Elmi Şurasının üzvü

4. AMEA nəzdində RSXM - nin Elmi-Texniki Şurasının sədri

5. AGU - Amerika Geofiziklər Birliyinin üzvü

6. ORFEUS - Avropa Seysmoloji Müşahidə və Araşdırma Mərkəzinin üzvü

7.  İRİS - Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutunun fəxri üzvü

8. EMSC - Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin üzvü

9. ESC - Аvropa Seysmologiya Komissiyasının həqiqi üzvü

10. Rusiya Təbiət Elmləri Akademiyasının akademiki 

11. Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının (Belorus) üzvü

Digər fəaliyyəti:

1. AMEA "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvü 

2. “Azərbaycan ərazisində güclü zəlzələ episentrlərinin xəritəsi (427-2018-ci illər)”nin redaktoru

3. “Azərbaycan Respublikası ərazisində məlum güclü zəlzələlərin pleystoseyst zonaları xəritəsi”nin redaktoru

4. “Azərbaycan Respublikası ərazisində güclü zəlzələlərin başvermə ehtimalı xəritəsi”nin redaktoru

5. Seismoprognosis observations in the territory of Azerbaijan (Azərbaycanda seysmoproqnostik müşahidələrin kataloqu) elmi jurnalın Baş redaktoru

6. Rusiya Elmlər Akademiyası Ural bölməsinin Orenburq  Elmi Mərkəzinin  "Бюллетень Оренбургского научного центра УрО РАН" elmi jurnalının redaksiya heyətinin üzvü

7. "Геология и геофизика Юга России" elmi jurnalının redaksiya heyətinin üzvü

8. "Землетрясения Северной Евразии" elmi jurnalının redaksiya heyətinin üzvü

9. "Российский сейсмологический журнал" elmi jurnalının redaksiya heyətinin üzvü

10. Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəsmi nəşri "Türk Deprem Araşdırma Dərgisi" nin redaksiya heyətinin üzvü 

11. Özbəkistan Elmlər Akademiyasının "Проблемы сейсмологии" ("Seysmologiyanın problemləri") elmi jurnalının redaksiya heyətinin üzvü 

Təltif və mükafatları:

2003-cü ildə AMEA Rəyasət Heyəti tərəfindən 50 illik yubleyi münasibəti ilə “Fəxri Fərman”la təltif edilmişdir.

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

2009-cu ildə H.Əliyev siyasi kursuna sadiq qalaraq Ulu Öndərimizin ictimai-siyasi fəaliyyətini tətbiq etdiyinə, xeyriyyəçilik ənənələrinə, Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığına görə "Fəxri Media Diplomu" ilə təltif edilmişdir.

2014-cü ildə "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalına layiq görülmüşdür.

2015-ci ildə "Avropa nəşr evi" tərəfindən "İlin vətənpərvər alimi" qızıl medalı ilə təltif edilmişdir.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Əməkdar elm xadimi" adı ilə təltif edilmişdir. (№1509)

2017-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə "Vernadski" adına medala layiq görülmüşdür.

2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) münasibətilə yubiley medalına layiq görülmüşdür. 

 

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə