Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

 Mərkəzin Beynəlxalq əlaqələr şöbəsinin İnnovasiya qrupu 2016-cı ildə yaradılmışdır.

İnnovasiya qrupunun yaradılmasında əsas məqsəd Mərkəzin elmi potensialının əldə etdiyi elmi və elmi-texniki nailiyyətlər əsasında seysmoloji tədqiqatlar üzrə Azərbaycan elminin davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, bu sahədəki məlumatların dünya məlumat sisteminə operativ inteqrasiyasına, seysmoloji tədqiqatlar üzrə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya bazasının yaradılmasına öz töhvəsini verməkdən ibarətdir.

İnnovasiya qrupunun əsas fəaliyyət istiqamətləri:

  1. Seysmoloji tədqiqatlarda ən yeni elmi nailiyyətlər, yeni bilik və texnologiyalar, bu sahədəki innovasiyalar haqqındakı məlumatların toplanması, məlumat bazasının yaradılması, bu məlumatların Mərkəzin şöbələrində istifadə edilməsinin, innovativ metodların, texnologiyaların seysmoloji tədqiqatlara tətbiqinin təşviqi;
  2. Yerli və beynəlxalq miqyaslı müxtəlif elmi qurultaylar, konfranslar, iclaslar, simpoziumlar, sərgilər, seminarlar, məktəblilərlə görüşlər və digər elmi tədbirlərin keçirilməsinin təşkili;
  3. Mərkəzin elmi, elmi-texniki fəaliyyətləri, bu fəaliyyətlərin nəticələri haqqındakı məlumatların yerli, xarici kütləvi informasiya vasitələrinə ötürülməsinin təşkili.

İnnovasiya qrupu tərəfindən aparılmış işlər nəticəsində RSXM-nin alim və tədqiqatçılar heyəti beynəlxalq “Web of Science” məlumat platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin müasir beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları ilə təşkil olunmuş vebinarda iştirak edərək sertifikatlar əldə ediblər.

Həmçinin "Web of Science" (WoS) elmi indeksləşdirmə bazası alim və tədqiqatçılar üçün ən təkmil, hərtərəfli və multidissiplinar axtarış vasitəsi hesab olunduğuna görə alim və mütəxəssislər üçün "Web of Science" səhifəsində müfaviq ünvanlar yaradılmışdır.

Eyni zamanda RSXM-nin alim və mütəxəssisləri ResearchGate və Academia.edu sosial  şəbəkələri ilə tanış edilərək, həmin səhifədə elektron formada qeydiyyatdan keçməklə öz məqalələrini yerləşdiriblər.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə