Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xarici ölkələr və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir.

2008-ci ildə AMEA nəzdində RSXM iki mühim seysmoloji beynəlxalq təşkilatın – İRİS (Birləşmiş Seysmoloji tədqiqatlar İnstitutu) və ORFEUS (Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi) həqiqi üzvü seçilmişdir.

2012-ci ildə AMEA nəzdində RSXM Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilmişdir. Hazırda dünyadakı əsas altı beynəlxalq seysmoloji təşkilatların - EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi) və AGU (Amerika Geofiziklər Birliyi) üzvüdür.

Mərkəz dünyanın aparıcı ölkələrinin seysmoloji və geofiziki institutları ilə elmi əməkdaşlıq edir:

GFZ (Geoelmlər üzrə Almaniya Araşdırmalar Mərkəzi)

Lawrence Livermore Milli Laboratoriyası (ABŞ)

Berkeley Laboratoriyası (ABŞ)

Missuri Universiteti (ABŞ)

Miçiqan Universiteti (ABŞ)

Viktoriya Universiteti (Kanada)

Oxford Universiteti (Böyük Britaniya)

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Tədqiqatları İnstitutu (Türkiyə)

Kocaeli Üniversiteti (Türkiyə)

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin Zəlzələ Tədqiqatı Departamenti (Türkiyə)

İsrail Geofiziki İnstitutu (İsrail)

Milli Okeanoqrafiya və Eksperimental Geofizika İnstitutu (İtaliya)

REA O.Ju.Şmidt adına Yer Fizikası İnstitutu (RF)

REA Geofizika Xidməti (RF)

REA İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universiteti (RF)

Rusiya Təbiət Elmləri Akademiyası (RF)

REA Ural bölməsinin Orenburq Elm Mərkəzi (RF)

REA Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutu

Belorusiya MEA-nın Geofiziki Monitorinq Mərkəzi

Bolqarıstan Elmlər Akademiyası Geofizika İnstitutu

İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu (Gürcüstan)

Gürcüstan EA-nın M.Nodia adına Geofizika İnstitutu

Meksikanın Milli Seysmoloji Xidməti

ORFEUS - Avropada Seysmoloji Rəsədxanalar və Tədqiqat Mərkəzləri (Observatories and Research Facilities for European Seismology)

ESC - Avropa Seysmologiya Komisiyası

EMSC - Avropa –Aralıq Dənizi Hövzəsi Seysmoloji Mərkəzi (European-Mediterranean Seismological Centre)

Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (IUGG)

Özbəkistan Elmlər Akademiyasının Seysmologiya İnstitutu

Birləşmiş Seysmoloji Tədqiqat İnstitutları IRIS (ABŞ)

Beynəlxalq Elmlər Akademiyası Assosiasiyası (Belorusiya)

Qazaxstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Seysmologiya İnstitutu

Cənubi Afrika Respublikasının Pretoriya Universitetinin Təbii Təhlükə Mərkəzi

Qətər Meteoroloji Departamentinin Seysmik Şəbəkəsi

 

RSXM - nin əldə etdiyi uğurlardan biri də “Kinemetrcs” şirkətinin başqa ölkələrdə telemetrik - peyk rabitəsi ilə işləyən stansiyalarının quraşdırılmasında azərbaycanlı seysmoloqlarının iştirakı ilə bağlıdır.

2012-ci ildə RSXM-nin əməkdaşları şirkətlə əldə olunmuş razılaşma çərçivəsində Əbu-Dabidə (BƏƏ) seysmik stansiyaların quraşdırılmasında iştirak ediblər.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə