Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Konfransa dəvət

16 Oktyabr 2026
Konfransa dəvət

Hörmətli media nümayəndələri!

Sizi Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin AMEA Rəyasət Heyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda keçiriləcək Respublika Elmi Konfransına dəvət edirik. Konfrans çərçivəsində Azərbaycanda aparılan seysmik müşahidələr zamanı bu vaxta qədər istifadə olunmuş cihaz və avadanlıqların sərgisi təşkil ediləcək. Həmçinin Azərbaycanda seysmologiya elminin inkişaf mərhələsinə həsr olunmuş məruzələr təqdim ediləcək.

Konfransın aşılış mərasimi 20 oktyabr 2026-cı il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.

(Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 129)

Bütün media nümayəndələri tədbirə dəvətlidir!

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə