Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM əməkdaşları VIII Avrasiya RİSK-2026 Beynəlxalq Konfransında iştirak ediblər

26 Oktyabr 2026
RSXM əməkdaşları VIII Avrasiya RİSK-2026 Beynəlxalq Konfransında iştirak ediblər

Oktyabrın 22-24-də Bakı və Mingəçevir şəhərlərində “Torpaq bəndlərində kaskad qəza riskləri üzrə VIII Avrasiya Konfransı (RISK-2026)” keçirilib. Konfrans Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, AMIR Technical Services şirkəti, Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyası (ESRA), Gürcüstanın Tbilisi Dövlət Universiteti, Vyetnamın Cənub-Şərqi Asiya Su Ehtiyatları və Ətraf Mühit İnstitutu, İtaliyanın Milan Politexnik Universiteti və Beynəlxalq Suvarma və Drenaj Komissiyasının (ICID) tərəfdaşlığı təşkil olunub.

Konfransın açılış mərasimi oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasında keçirilib. Tədbirin elmi proqramı çərçivəsində müzakirələr və bölmə iclasları Mingəçevir şəhərində, Mingəçevir Dövlət Universitetində davam etdirilib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Fəttahova və şöbənin elmi işçisi İlhamə Cəlilova iştirak ediblər. RSXM əməkdaşları konfransa “Mingəçevir şəhəri ərazisinin mühəndis-seysmik şəraitinin qiymətləndirilməsi” mövzusunda elmi məqalə təqdim ediblər. RSXM-nin əməkdaşı İlhamə Cəlilova Mingəçevir Dövlət Universitetində keçirilən elmi sessiyada eyni adlı məqalə ilə məruzə edib, tədqiqatın əsas nəticələrini iştirakçıların diqqətinə çatdırıb və məruzə ilə bağlı verilən sualları cavablandırıb.

Konfransın proqramı çərçivəsində iştirakçılar Mingəçevir Su Elektrik Stansiyasına, Azərbaycan İstilik Elektrik Stansiyasına və “8 Noyabr” elektrik stansiyasına da səfər ediblər. Səfərlər enerji infrastrukturu obyektləri ilə tanışlıq və onların fəaliyyəti barədə məlumat əldə etmək baxımından əhəmiyyət daşıyıb.

RİSK-2026 konfransı elmi əməkdaşlığın genişləndirilməsi, mühəndislik və təbii risklərin qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsi, eləcə də elmi tədqiqatların praktiki tətbiq imkanlarının müzakirəsi baxımından mühüm beynəlxalq platforma olub.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə