Qaradağ rayonunda yerləşən Otman-Bozdağ palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
26 sentyabr 2026-cı il tarixində Qaradağ rayonunda yerləşən Otman-Bozdağ palçıq vulkanında püskürmə qeydə alınıb. Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.
Püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib. Püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb. Püskürmə ocağının dərinliyi 4 km təşkil edib. Püskürmə zamanı ayrılan enerjinin miqdarı 6,50 × 10^6 coul olaraq qiymətləndirilib.
\
