“Zəlzələ zamanı davranış qaydaları”na həsr olunmuş maarifləndirmə tədbirləri davam etdirilir
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən təhsil müəssisələrində “Zəlzələ zamanı davranış qaydaları”na həsr olunmuş maarifləndirmə tədbirləri davam etdirilir.
Martın 1-də RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Səmədzadə Bakı şəhəri 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedoqoji kollektivi üçün “Zəlzələ, onun törədə biləcəyi fəsadlar və zəlzələ zamanı davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, RSXM tərəfindən “Zəlzələ zamanı davranış qaydaları”na həsr olunmuş silsilə xarakterli maarifləndirmə tədbirləri uzun illərdir keçirilir və cari il ərzində də davam etdiriləcək.