Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Yeni seysmik stansiyalarla bağlı müzakirələr aparılıb

18 Noyabr 2021
Yeni seysmik stansiyalarla bağlı müzakirələr aparılıb

Beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycanda quraşdırılacaq yeni seysmik stansiyalarla bağlı növbəti müzakirələr keçirilib. 

“Zoom” platforması üzərindən keçirilən iclasda layihə iştirakçıları və tərəfdaş ölkələrin nümayəndələri yeni stansiyaların quraşdırılması istiqamətində görülmüş işlərə dair müzakirələr aparıblar.

İclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini Ruqiyyə Kərimova iştirak ediblər. 

RSXM-nin ”Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini Ruqiyyə Kərimova çıxışında beynəlxalq qrant layihəsi çərçivəsində İsmayıllı, Tovuz və Daşkəsən rayonlarında quraşdırılmış yeni stansiyalar haqqında danışıb. 

Müzakirələrdə həmçinin yeni seysmik stansiyaların quraşdırılması ilə bağlı ortaya çıxan digər texniki məsələlər haqqında da fikir mübadiləsi aparılıb. Xatırladaq ki, layihə çərçivəsində ölkəmizdə 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə