Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Vikipediya təlimlərində iştirak edən RSXM əməkdaşları təltif olunublar

28 Sentyabr 2023
Vikipediya təlimlərində iştirak edən RSXM əməkdaşları təltif olunublar

Sentyabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün keçirilən Vikipediya təlimlərinin yekunları ilə bağlı tədbir keçirilib.

Tədbirdə təlimlərdə iştirak edən və yüksək nəticələr göstərən iştirakçılar təşkilatçılar tərəfindən təşəkkürnamə və sertifikatlarla təltif olunublar. Tədbirdə mükafatları iştirakçılara YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının müdiri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev və AMEA-nın “Elektron Akademiya” şöbəsinin əməkdaşları Elnur Eltürk və Ofelya Zöhrablı təqdim ediblər.

Qeyd edək ki, Vikipediya təlimlərində iştirak edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Elektron xidmətlər” şöbəsinin əməkdaşları - Nuranə Məmmədova və İlahə Trequlova, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin əməkdaşları - İlhamə Cəlilova,  Firuzə Mehdizadə və Aytən Babazadə Vikipediyann Azərbaycan bölməsində yaratdıqları məqalələr və Azərbaycanda informasiyanın kontent təhlükəsizliyə verdikləri töhfəyə görə, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev tərəfindən “Sertifikat”, “Vikipediya” virtual Ensiklopediyanın Azərbaycan dili bölməsinin zənginləşdirilməsinə verdikləri töhfələrə görə, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə