Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsi ziyarət olunub

18 Mart 2024
Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsi ziyarət olunub

Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsi ziyarət olunub. Görüşdə AMEA AHİ- nin sədri, s.e.ü.f.d, dosent Sənan Həsənov, AHİ-nin sədr müavini Şəhla Əmirova, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri, geologiya və mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev və mərkəzin elmi katibi Lalə İbrahimova iştirak ediblər.

 AHİ-nin sədri Sənan Həsənov ziyarət zamanı akademiya rəhbərliyinin və alimlərin şəhid ailəsinə ehtiramını çatdıraraq,  qəhrəman oğullarımızın əziz xatirəsini AMEA əməkdaşları tərəfindən hər zaman uca tutulduğunu bildirib.

Şəhid Ələddin Səidovun atası Azər Səidov və anası Gülər Səidova qəhrəmanımızın vətənpərvərliyindən və döyüş yolundan danışaraq göstərilən diqqət  və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri geologiya və mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev RSXM-də iki şəhid ailəsinin çalışdığını qeyd edərək, onların qayğılarının hər zaman RSXM-nin rəhbərliyinin və HT-nın diqqətində olduğunu bildirib.

E. Qaravəliyev bildirib ki, Ələddin kimi oğulların və Ali Baş komandanın sayəsində Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulub və işğal altındakı ərazilərimiz işğaldan azad olunub. Odur ki, heç zaman bu qalibiyyəti bizlərə nəsib edən şəhidlərimizi, qazilərimizi unutmamalıyıq.

Görüşdə Şəhla Əmirova və Lalə İbrahimova torpaqlarımızın azad edilməsi uğurunda həlak olan şəhidlərimizin xatirəsinin hər zaman əziz olduğunu və belə qəhrəman və vətənpərvər oğullar yetişdirdiklərinə görə şəhidin valideynlərinə minnətdarlıqlarını bildiriblər.

Sonda səhid ailəsi Novruz bayramı münasibəti ilə təbrik edilib və xatirə şəkli çəkilib.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə