Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda VII Beynəlxalq konfrans davam edir

7 İyun 2023
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda VII Beynəlxalq konfrans davam edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda Bakıda keçirilən VII Beynəlxalq konfrans iyunun 7-də də öz işini davam etdirib. 

 Konfransda iştirak edən xarici ölkələrdən olan seysmoloq alimlər, eləcə də Azərbaycandan olan alim və mütəxəssislər zəlzələlərin baş vermə səbəbləri, qırılmalar, zəlzələlərdən sonra Yerin geoloji quruluşunda baş verən dəyişikliklər, binaların zəlzələyə davamlılığı, palçıq vulkanları ilə zəlzələlər arasındakı əlaqə, zəlzələlərin ocaq mexanizmlərinin hesablanması, seysmik təhlükələr və risklərə dair məruzələrini təqdim ediblər. Təqdimatlardan sonra məruzələr ətrafında müzakirələr aparılıb.

 Qeyd edək ki, konfransda doqquz ölkədən seysmoloq alim və mütəxəssislər iştirak edirlər. On beş ölkənin seysmoloq alimləri konfransa öz məruzələrini təqdim ediblər. Konfrans çərçivəsində sabah xarici ölkələrdən olan qonaqlar Şuşaya səfər edəcəklər. Konfrans iyunun 9-da başa çatacaq.  

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə