Türkiyəli alimlər RSXM-nin baş direktoru ilə görüşüblər
Türkiyənin Kocaeli Universitetinin Mühəndislik fakültəsinin nümayəndələri professor Fadimə Sərtçelik, professor Tekin Yekin və professor İbrahim Sərtçelik AMEA nəzdində RSXM-də olublar. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşən nümayəndələr ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Həmçinin türkiyəli alimlər RSXM-nin apardığı seysmoloji tədqiqatlarla yaxından tanış olduqlarını, bu tədqiqatların beynəlxalq standartlara cavab verdiyini vurğulayıblar.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlərə də toxunulub.