Seysmoloqlar "YAŞAT" Fonduna ianə ediblər
AMEA nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzinin kollektivi ərazi bütövlüyümüzün müdafiəsi
uğrunda yaralanan hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə dəstək
məqsədilə "YAŞAT" Fonduna ianə ediblər. RSXM əməkdaşları dekabr ayı üzrə
əməkhaqqlarının bir hissəsini könüllü şəkildə fonda köçürüblər.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Vətən müharibəsinə dəstək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 10 min manat ianə edilmişdir.
Azərbaycan seysmoloqları Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və onun rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən qəhrəman döyüşçülərimizlə fəxr edir, vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsini hər zaman ehtiramla yad edirlər.
Qarabağ Azərbaycandır!
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi