Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Seysmoloji Mərkəzin rəsmi “Telegram” kanalı istifadəyə verildi

3 Mart 2021
Seysmoloji Mərkəzin rəsmi “Telegram” kanalı istifadəyə verildi

Martın 3-dən etibarən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi “Telegram” kanalı (@seisaz ) istifadəyə verilib.

Kanalda respublika ərazisində baş verən zəlzələlərə dair operativ xəbərlər, yeni seysmik stansiyaların quraşdırılması istiqamətində görülən işlər, eləcə də mərkəzdə keçirilən tədbir və görüşlərlə bağlı məlumatlar müntəzəm olaraq ictimaiyyətə çatdırılacaqdır. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcəkdir. 

“Telegram” tətbiqini smart cihazlara yükləməklə @seisaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda zəlzələlərin tədqiqatı ilə məşğul olan yeganə dövlət təşkilatıdır. Mərkəzin  “Facebook”   sosial şəbəkəsində eyni adlı rəsmi səhifəsi fəaliyyət göstərir.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə