Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

"Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalının növbəti sayı işıq üzü görüb

8 İyul 2024
"Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalının növbəti sayı işıq üzü görüb

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" elmi jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalda Azərbaycan ərazisində aparılmış kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların nəticələrinə dair məqalələr yer alıb.

Onu da qeyd edək ki, "Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalı bu ildən Türkiyə Respublikasında türkdilli ölkələrin elmi jurnallarının indekslənməsi üçün yaradılmış DergiPark -a daxil edilib. Jurnal Azərbaycandan bu portala daxil edilən ilk jurnallardan biridır.

Jurnal ildə iki dəfə ingilis dilində nəşr olunur. Jurnalın baş redaktoru, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, məsul katibi isə mərkəzin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızıdır.

Jurnaldakı məqalələrlə aşağdakı linkə daxil olaraq tanış olmaq olar:

https://seismology.az/az/jurnallar

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə