"Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalının növbəti sayı işıq üzü görüb
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”) elmi jurnalının 2019-cu ildəki birinci sayı çapdan çıxıb. Jurnalda Yer elmləri bölməsi sahəsində (seysmologiya, geofizika, geodinamika və s.) aparılan elmi tədqiqatların nəticələrinə dair məqalələr toplanılıb.
Qeyd edək ki, 2019-cu ilə qədər
jurnal ildə bir dəfə nəşr edilib. Bu ildən redaksiya heyəti jurnalın
dövriliyini artıraraq ildə iki dəfə nəşr olunmasına qərar verib. Yer elmləri
sahəsində elmi fəaliyyətlə məşğul alimlər, mütəxəssislər və magistrlər jurnala
öz məqalələrini təqdim edə bilərlər.
Jurnalın yeni sayı ilə bu linkdən tanış olmaq olar:
http://www.seismology.az/journal/files/articles/jurnal-2019.pdf
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi