Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

"Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalının ikinci sayı nəşr olunub

17 Yanvar 2020
"Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalının ikinci sayı nəşr olunub

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”) jurnalının 2019-cu ildəki ikinci sayı capdan cıxıb. 

Qeyd edək ki, beynəlxalq tələblərə uyğun çap olunan jurnalın 2019-cu ildən  dövriliyi iki dəfəyə qədər artırılıb. Jurnalda məqalələr yerli və xarici mütəxəssislərin rəyi əsasında dərc edilir. İngilis dilində nəşr edilən jurnalın 2019-cu ildəki ikinci buraxılışında Azərbaycan ərazisində seysmoloji, geofiziki, geodinamik sahələrdə aparılmış elmi tədqiqatların nəticələrinə dair məqalələr öz əksini tapıb. 

Qeyd edək ki, Yer elmləri ilə məşğul olan alim və mütəxəssislər, eləcə də doktorant və magistrlər  də jurnala öz məqalələrini təqdim edə bilərlər. 

Jurnal ilə http://seismology.az/journal/news/journal2-2019 saytında tanış ola bilərsiniz. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə