"Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalının 2026-cı il üzrə birinci nömrəsi çap olunub
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”) elmi jurnalının 2026-cı il üzrə birinci nömrəsi çapdan çıxıb.
Jurnalda yerli və xarici seysmoloq alimlərin Azərbaycanın seysmikliyi, paleoseysmoloji tədqiqatlar, geofiziki tədqiqatlar sahəsində apardıqları elmi araşdırmalar zamanı alınmış nəticələrə dair məqalələr əksini tapıb.
Qeyd edək ki, "Seismoprognosis observations in the territory of Azerbaijan" elmi jurnalı ildə iki dəfə ingilis dilində nəşr edilir.
Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi qeydiyyatından keçmişdir.
Eləcə də TÜBİTAK - ın ( Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu ) Dərgi Parkının siyahısına daxil edilib.
Aşağdakı linkdən jurnalda nəşr olunmuş məqalələrlə tanış olmaq olar:
https://seismology.az/upload/publications/pdf/6a59c2806f54d.pdf