Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM və Oksford Universiteti arasında əməkdaşlığa dair növbəti müzakirələr keçirilib

11 Oktyabr 2021
RSXM və Oksford Universiteti arasında  əməkdaşlığa dair növbəti müzakirələr keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oksford Universiteti arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə elmi layihələrin həyata keçirilməsinə dair işçi qruplar səviyyəsində növbəti müzakirələr keçirilib.

 

“Zoom” platforması üzərindən keçirilən iclasda Oksford Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rəşid Cavanşir, Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Oksford Universitetinin professoru Riçard Voalker, Oksford Universitetinin Yer Elmləri Bölməsinin elmi doktoru Ian Pierce iştirak ediblər. 

Müzakirələr zamanı Oksford Universitetinin nümayəndələri Azərbaycan ərazisi üçün yeni kosmik məlumatlar aldıqlarını bildirərək, həmin məlumatları təqdim ediblər. Qeyd edilib ki, bu ilin noyabrında Oxford Universitetinin nümayəndələrinin Azərbaycana səfəri də nəzərdə tutulur. 

İclasda həmçinin ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr, kadrların təcrübə mübadiləsi və s.  mövzularda da fikir mübadiləsi aparılıb. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi  

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə