RSXM və İtaliyanın Geofizika İnstitutu arasında Anlaşma memorandumu imzalanıb
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə İtalyanın Milli Okeanoqrafiya və Eksperimental Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumunun məqsədi AMEA nəzdində RSXM və İtalyanın Milli Okeanoqrafiya və Eksperimental Geofizika İnstitutu arasında əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək və həyata keçirmək istədikləri anlayışları və çərçivələri əks etdirməkdir.
Bu memaranduma akademik və tədqiqat fəaliyyətlərində əməkdaşlıq çərçivəsində elmi nəşr və məlumatlar, işçilər və magistr şagirdlərinin mübadiləsi həmçinin elmi və inzibati inkişafın müzakirəsi daxildir.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi