Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşları vebinarda iştirak ediblər

31 Mart 2022
RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşları vebinarda iştirak ediblər

Martın 30-da ABŞ-ın “Kinemetrics” şirkətinin təşkilatçılığı ilə növbəti onlayn vebinar keçirilib.  “Kinemetrics” şirkətinin dəvəti ilə  sessiyada xüsusi qonaq olan məruzəçi Dr. Andre Alegre vebinarda “Böyük beton bəndlərin Seysmik və konstruktiv Dayanıqlığının Monitorinqi (SSHM) sistemlərinin proqram komponentinin təkmilləşdirilməsi və dinamik yerdəyişmə modelləşdirilməsi” proqramlarının təqdimatı ilə çıxış edib. Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, rəis müavini Ruqiyyə Kərimova, mühəndis-proqramçı Yeganə Muradova və büronun əməkdaşı Güllü Məhərrəmova iştirak ediblər. 

Xatırladaq ki, 2020-ci ildən başlayaraq hər ay “Kinemetrics” şirkətinin təşkilatçılığı onlayn vebinarlar keçirilir və bu tədbirlərdə RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşları aktiv şəkildə iştirak edirlər. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə