Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin "Zəlzələlərin tədqiqatı bürosu" gücləndirilmiş iş rejimində işləyir

7 Aprel 2020
RSXM-nin "Zəlzələlərin tədqiqatı bürosu" gücləndirilmiş iş rejimində işləyir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın respublika ərazisində karantin rejimi elan etməsindən sonra bir sıra dövlət qurumları ilə yanaşı, Nazirlər Kabinetinin rəsmi icazəsi ilə AMEA nəzdində Respublika Seysmoloji  Xidmət Mərkəzi məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.

  

Qeyd edək ki, RSXM ölkə ərazisində seysmoloji tədqiqatlar aparan yeganə dövlət təşkilatıdır. Mərkəzin hazırda 40 telemetrik stansiyası fəaliyyət göstərir. Həmin stansiyalardan məlumatlar peyk vasitəsi ilə birbaşa “Zəlzələlərin tədqiqatı bürosu”na ötürülür. 35 ərazi və 5 regional seysmik stansiyaların məlumatları büro əməkdaşları tərəfindən emal edilir. Hazırda stansiyalarımız və büro işini fasiləsiz olaraq "real vaxt” rejimində davam etdirir. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə