RSXM-nin YouTube kanalı fəaliyyətə başladı
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin YouTube kanalı fəaliyyətə başlayıb. Kanalda mərkəz rəhbərliyinin bu vaxta qədər müxtəlif Kütləvi İnformasiya Vasitələrinə verdiyi açıqlamalar və keçirilən mətbuat konfransları ilə bağlı məlumat bazası da yaradılmışdır. Bundan sonra ictimaiyyət nümayəndələri Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı məlumatları həm də mərkəzin eyni adlı YouTube kanalından izləyə biləcəklər:
https://www.youtube.com/channel/UCgym7JO-cimWrQ_49z1gMNQ/videos
Xatırladaq ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Facebook və Telegram sosial şəbəkələrində də rəsmi səhifələri fəaliyyət göstərir.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi