Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin Yer elmləri seksiyasının iclası keçirilib

2 Mart 2022
RSXM-nin Yer elmləri seksiyasının iclası keçirilib

Martın 2-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Yer elmləri seksiyasının iclası keçirilib. İclasda RSXM-nin 2022-ci ildə keçiriləcək elmi seminarların illik planı müzakirə edilib.

                                

Seminarda RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə elmlər doktoru Tahir Məmmədli, “Kompleks tədqiqatların elmi araşdırılması” şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azay Rzayev, “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini, Ruqiyyə Kərimova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov və mərkəzin Yer elmləri seksiyasının üzvləri, şöbə müdirləri, elmi işçilər iştirak ediblər. 

                 

“Seysmologiya” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə elmlər doktoru Tahir Məmmədli bildirib ki, mərkəzdə kompleks-seysmoloji, geofiziki, geodinamik tədqiqatlar aparılır. Seksiyada aparılan tədqiqatlara dair təqdim olunmuş məruzələrin müzakirə olunması nəzərdə tutulur. 

Seminarda RSXM-nin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi İlhamə Cəlilova “Abşeron rayonu ərazisində tikinti sahələrinin mühəndisi-geoloji və mühəndisi-seysmoloji şəraiti”, “Bakı stansiyası”nın kiçik elmi işçisi Günay Bəkdəmirova “TAU kinemetrik parametri əsasında Qarabağ ərazisində mühitin gərginlik vəziyyətinin qiymətləndirilməsi”, “Mühəndis geologiyası” şöbəsinin kiçik elmi işçisi Sevinc Quluzadə “Yasamal və Xətai rayonlarında mühəndisi-geoloji şəraitin müəyyən edilməsi”, “Makroseysmik tədqiqatlar” şöbəsinin kiçik elmi işçisi Fəridə Ağakişiyeva “Respublika ərazisində baş vermiş zəlzələləri qeydə alan seysmoloji cihazlar və onların iş prinsipi”, “Maqnitometriya” şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev “Şamaxı - İsmayıllı zonasında baş vermiş zəlzələlərlə əlaqədar seysmomaqnit effektin dəyişmə xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər. 

İclas təqdim olunan məruzələr ətrafında müzakirələrlə başa çatıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə