Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin şöbə müdirinin 75 illiyi qeyd olunub

16 Dekabr 2024
RSXM-nin şöbə müdirinin 75 illiyi qeyd olunub

Dekabrın 16-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Seysmoloji cihazlarla texniki nəzarət” şöbəsinin müdiri Kamil Paşayevin 75 illik yubileyi qeyd olunub.

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli yubilyarı öz adından və kollektiv adından təbrik edərək bildirib ki, Kamil Paşayev uzun illərdən bəridir ki, Respublika Seysmoloji Xidmət Mərkəzində çalışır. K.Paşayevin hər zaman bacarıqlı və məsuliyyətli işçi kimi ona göstərilən etimadı doğrultduğunu, kollektiv arasında böyük nüfuz və hörmət qazandığını deyən baş direktor Qurban Yetirmişli yubilyara can sağlığı arzu edib.

Kamil Paşayev ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirərərk, RSXM-nin böyük inkişaf yolu keçdiyini, əldə olunmuş uğurlarda mərkəz rəhbərliyinin və kollektivin böyük əməyinin olduğunu qeyd edib.

Daha sonra RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli Kamil Paşayevi 75 illik yubileyi və mərkəzdəki səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif edib.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə