Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM - nin şöbə müdiri Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclasında iştirak edib

30 Sentyabr 2021
RSXM - nin şöbə müdiri Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclasında iştirak edib

Sentyabrın 28-də Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş katibi Remy Bossunun rəhbərliyi ilə keçirilən iclasda təşkilata üzv olan ölkələrin nümayəndələri onlayn şəkildə iştirak ediblər. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil edib.

 

İclasda agentliklər (seysmoloji mərkəzlər, institutlar və s.) ilə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) arasında məlumat mübadiləsinə dair saziş imzalanması müzakirə olunub. 

Sazişə əsasən Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) tərəfindən toplanılan məlumatlara lisenziya verilməsi nəzərdə tutulur. Müzakirələr zamanı təşkilata üzv olan ölkələrin nümayəndələri çıxış edərək, saziş layihəsi ilə bağlı öz fikirlərini bildiriblər. Həmçinin sənəddə bəzi dəyişikliklərin edilməsinə dair təkliflər də səsləndirilib.

Müzakirələrin nəticəsi olaraq səsləndirilən təklifləri nəzərə almaqla yekun protokolun tərtib edilməsi və imzalanmaq üçün EMSC-yə üzv olan bütün ölkələrə göndərilməsi haqqında qərar qəbul edilib. 

Xatırladaq ki, AMEA nəzdində RSXM 2006-cı ildən Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin üzvüdür. RSXM tərəfindən ikitərəfli əməkdaşlıq çərçivəsində baş verən zəlzələlərə dair məlumatlar mütəmadi olaraq EMSC-yə göndərilir.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə