Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin seysmik stansiyalarının əməkdaşları üçün treninq keçirilib

6 Dekabr 2022
RSXM-nin seysmik stansiyalarının əməkdaşları üçün treninq keçirilib

Dekabrın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində  respublika ərazisində yerləşən seysmik stansiyaların rəhbərləri və texniki heyəti üçün treninq keçirilib.Treninqdə seysmik stansiyaların əməkdaşlarına yeni seysmik cihaz və avadanlıqların iş prinsipləri, eləcə də texniki təhlükəsizlik qaydalarına dair məlumatlar çatdırılıb.

RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov bildirib ki, AMEA nəzdində RSXM respublikada zəlzələlərin tədqiqatını aparan yeganə dövlət təşkilatıdır. Hazırda seysmoloji tədqiqatların seysmik stansiyalardan alınan məlumatları əsasında aparıldığını bildirən icraçı direktor stansiyaların fasiləsiz iş prinsipi ilə işlədiyini bildirərək, stansiya əməkdaşlarının yeni cihazların və avadanlıqların iş prinsiplərini, eləcə də seysmik məlumatların emalında tətbiq olunan yeni texnologiyaları öyrənilməsinin vacibliyini önə çəkib.

RSXM-nin baş mühəndisi Ramiz İskəndərov isə seysmik stansiyaların bir çoxunun yüksək dağlıq ərazilərdə olduğunu, orada payız-qış mövsümü ilə bağlı aparılan hazırlıq işləri haqqında danışıb.

 RSXM-nin “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov seysmik stansiya əməkdaşlarına seysmik cihaz və avadanlıqların iş prinsipi, GPS məlumatlarının toplanması və s. mövzularda treninq keçib.

Daha sonra RSXM - nin Mülki Müdafiə qərargahının rəisi Cahid Hüseynov seysmik stansiyaların əməkdaşlarını mülki müdafiə tədbirləri haqqında ətraflı məlumatlandırıb.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə