Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin nümayəndə heyəti ilə AFAD-da görüş keçirilib

6 Aprel 2023
RSXM-nin nümayəndə heyəti ilə AFAD-da görüş keçirilib

Qardaş Türkiyə Respublikasının zəlzələ bölgəsinə səfər edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları aprelin 6-da Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentində olublar. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Orhan Tatarla görüşüblər. 

Görüşdə iki qardaş ölkənin seysmoloji mərkəzləri arasındakı əməkdaşlıq, bu ilin fevral ayının 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzələ və onun nəticələri, eləcə də azərbaycanlı seysmoloqların zəlzələ bölgəsində aparacağı geofiziki-seysmik tədqiqatlara dair məsələlər müzakirə olunub.

Müzakirələrdən sonra Azərbaycan seysmoloqları zəlzələ bölgəsinə yola düşüblər.

Xatırladaq ki, AMEA nəzdində RSXM-nin mütəxəssisləri zəlzələ bölgəsində dərinlik qırılmalarının hazırkı vəziyyətini, eləcə də yeni tikinti işləri aparılacaq ərazilərin seysmik qiymətləndirilməsini həyata keçirəcəklər.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə