RSXM-nin Həmkarlar Təşkilatı yenidən formalaşdırılıb
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Həmkarlar Təşkilatının yenidən formalaşdırılması ilə bağlı iclas keçirilib. RSXM - nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, mərkəzin Həmkarlar Təşkilatının sədri Aygün Quliyeva səhhətində yaranmış problemlə bağlı rəhbərliyə müraciət edərək, Həmkarlar Təşkilatının sədri vəzifəsindən azad edilməsini xahiş edib. İclasda A.Quliyevaya 6 illik fəaliyyətinə görə təşəkkür edilib. Bundan sonra təşkilatın yenidən formalaşdırılması məsələsinə baxılıb. İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək, RSXM-nin Həmkarlar Təşkilatının bu vaxta qədər olan fəaliyyətini müsbət qiymətləndirib.
Daha sonra kollektiv səsvermə nəticəsində yeni üzvlər seçilib. RSXM-nin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev Həmkarlar Təşkilatının sədri seçilib.
Təşkilata yeni üzvlər də seçilib. Bunlar – baş mühəndis Rauf Müradov, “Tədris” şöbəsinin müdiri Gülnarə Alxanova, “Geofiziki cihazlara texniki nəzarət” şöbəsinin müdiri Elman Sarıyev, “Bibi-heybət” geokimyəvi stansiyasının mühəndisi Səadət Quliyeva, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin mühəndisi Şəbnəm Xədici, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi Xədicə Əliyeva, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi İlhamə Cəlilova və “Maqnitometriya” şöbəsinin mühəndisi Bəxtiyar Xanbutovdur. “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi İlhamə Cəlilova Həmkarlar Təşkilatının katibi seçilib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi