RSXM-nin futbol komandası AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışında birinci yerin qalibi olub
AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə akademiya əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futbol yarışı başa çatıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası bütün rəqiblərini məğlub edərək birinci yerin qalibi olub. Bağlanış mərasimində AMEA rəhbərliyi və final mərhələsində görüş keçirən komandaların təmsil etdiyi elmi müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Futbol yarışının bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli hər il akademiyada Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş idman yarışlarının keçirildiyini bildirərək qeyd edib ki, akademiya əməkdaşları elm sahəsi ilə yanaşı, ölkəmizin idman, mədəniyyət və başqa sahələrdə də aktivdirlər və bir çox uğurlar əldə ediblər.
AMEA-nın prezidenti daha sonra qalib komandaları təltif edib.
Qeyd edək ki, keçirilən yarışın qalibi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası olub. İkinci yeri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, üçüncü yeri isə AMEA Rəyasət Heyətinin komandası tutub.
Futbol yarışının qalibi kuboku RSXM-nin futbol komandasına təqdim olunub. Kuboku AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qalib komandanın kapitanı Azər İsgəndərova təqdim edib. Həmçinin komandaların üzvlərinə medallar təqdim olunub. Daha sonra xatirə şəkli çəkilib.
Xatırladaq ki, ötən il RSXM-nin komandası AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Spartakiada çərçivəsində futbol çempionatında da birinci yeri tutaraq, çempion olmuşdu.