Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin əməkdaşları Türkiyənin Kocaeli Universitetində təcrübə keçiblər

22 Dekabr 2023
RSXM-nin əməkdaşları Türkiyənin Kocaeli Universitetində təcrübə keçiblər

15.11 - 14.12.2023-cü il tarixlərində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin” elmi işçisi İlhamə Cəlilova Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən “Tikintisi aparılacaq bina və qurğuların ərazisinin seysmikliyinin qiymətləndirilməsinin müasir metodlarla öyrənilməsi” layihəsi üzrə Türkiyə Respublikasının Kocaeli Universitetində təcrübə keçib.

Təcrübə müddətində İlhamə Cəlilova Kocaeli Universitetində “Təcil-Azalma əlaqələri” istiqamətində təhsil alıb.

22.12.2023-cü il tarixində İlhamə Cəlilova  Türkiyə Respublikasının Kocaeli Universitetində keçdiyi təcrübə ilə bağlı RSXM-də təqdimatla çıxış edib.

Təqdimatda RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. 

Türkiyədə “Təcil-Azalma əlaqələri” üçün maqnitudası 5-dən yuxarı olan zəlzələlərin təcil dəyərlərindən ibarət kataloq qurulduğunu qeyd edən İlhamə Cəlilova Kocaeli Universitetinin öz təcil-azalma əlaqə funksiyalarının istifadə edildiyini, bu funksiyaların bəzilərinin Azərbaycan üçün uyğun olduğu haqqında məlumat verib.

Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, RSXM-nin  “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin” kiçik elmi işçisi Lamiyə  İsgəndərova da Kocaeli Univeristetində “Təcil-Azalma əlaqələri” haqqında təcrübə keçib.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə