Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin əməkdaşının “Mingəçevir su hövzəsinin ərazinin seysmikliyinə təsiri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib

13 Dekabr 2021
RSXM-nin əməkdaşının “Mingəçevir su hövzəsinin ərazinin seysmikliyinə təsiri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin daha bir əməkdaşı Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.

                

13 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.01 Dissertasiya Şurasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun dissertantı və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin böyük elmi işçisi İslamova Şirin Kərimbala qızının 2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Mingəçevir su hövzəsinin ərazinin seysmikliyinə təsiri”   mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirilib.

              

Qeyd edək ki, mövzu üzrə elmi rəhbər AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlidir. Dissertasiya Şurasının iclası ”Zoom” platforması üzərindən onlayn şəkildə keçirilib. İclasda əvvəlcə elmi iş təqdim edilib. Daha sonra mövzu üzrə çıxışlar və səsvermə keçirilib. Təqdim olunan mövzu üzrə elmi iş Şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə