RSXM-nin əməkdaşı təlimdə iştirak edib
28 aprel-2 may tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə "Əmək Qanunvericiliyinin Tətbiqi Problemləri" mövzusunda ixtisasartırma təlimi keçirilib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi İlhamə Cəlilova “Gender siyasəti və Həmkarlar İttifaqları: əsas istiqamətlər, problemlər, dünya təcrübəsi” adlı təlimdə iştirak edib.
Təlim iştirakçıları sonda sertifikatla təltif ediliblər.