RSXM-nin əməkdaşı sertifikat alıb
5-6 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Neft-qaz yataqlarının axtarış problemləri və perspektivləri” mövzusunda gənc alim və mütəxəssislərin Respublika elmi konfransı keçirilib.
Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin mühəndisi Nərmin Təhlətli "Azərbaycan ərazisində palçıq vulkanlarının aktivləşməsinə güclü zəlzələlərin təsiri" və "Orta Xəzər meqazonasında yerləşən Pirallahı yatağının geoloji xüsusiyyətləri və seysmikliyinin qiymətləndirilməsi" mövzusunda məruzə ilə çıxış edib.
RSXM əməkdaşı təşkilatçılar tərəfindən sertifikatla təltif edilib.