RSXM-nin əməkdaşı “İlin peşəkar gənci” adına layiq görülüb
Mayın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərin mükafatlandırılması mərasimi keçirilib. 2021-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub.
Mərasimdə mükafat alan gənclərin arasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Ağazadə də var.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi