RSXM-nin Elmi Texniki Şurasının iclası keçirilib
Aprelin 30-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın (ETŞ) iclası keçirilib.
İclasda AMEA-nın Yer Elmləri bölməsinin üzvləri, Elmi-Texniki Şuranın üzvləri, RSXM-nin rəhbərliyi, müvafiq şöbələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Elmi-Texniki Şuranın iclasında çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə gündəliyə daxil olan məsələlər haqqında məlumat verib.
Daha sonra "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Paleoseysmoloji məlumatlara əsasən Böyük Qafqazda tarixi zəlzələlərin episentral zonalarının müəyyən edilməsi (2023-2024-cü illər)”, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Abşeron yarımadası ərazisində seysmik təhlükəni şərtləndirən amillərin tədqiqi (2021-2024-cü illər)”, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin elmi işçisi Aybəniz Kərəmova ”Flüidohidrogeokimyəvi sahələrdə anomaliyaların müasir geodinamikada rolu (2023-2024-cü illər)” mövzularında məruzələr təqdim ediblər.
Təqdimatdan sonra məruzələr ətrafında müzakirələr aparılıb və məruzələr Elmi-Texniki Şura üzvləri tərəfindən qəbul olunub.