RSXM-nin elmi jurnalı çapdan çıxıb
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan “Seismoprognosis observations in the territory of Azerbaijan” jurnalının 2023-cü il üçün birinci nömrəsi çap olunub. Jurnalda yerli və xarici alimlərin seysmoloji və geofiziki tədqiqatların nəticələrinə dair məqalələri dərc olunub.
Qeyd edək ki, “Seismoprognosis observations in the territory of Azerbaijan” jurnalı ildə iki dəfə ingilis dilində nəşr olunur.
Jurnalın baş redaktoru AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, məsul katibi isə mərkəzin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızıdır.
Jurnalda dərc olunmuş məqalələrlə ətraflı www.seismology.az/journal səhifəsinə daxil olaraq tanış olmaq olar.