RSXM - nin baş direktorunun “Respublika” qəzetində məqaləsi çap olunub
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin "Respublika" qəzetində Azərbaycanda seysmologiyanın 120 illik inkişaf tarixinə həsr olunmuş "Keçmişdən gələcəyə uzanan uğurlu yol" adlı məqaləsi çap olunub.
Məqalədə müəllif 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Azərbaycanda instrumental seysmik müşahidələrə başlanılmasının tarixi mərhələləri və seysmologiya elminin inkişafı haqqında ətraflı məlumat verib.
Məqalədə həmçinin ölkəmizdə hazırda bu sahədə aparılan elmi tədqiqatların istiqamətləri, seysmik stansiyalar şəbəkəsinin genişləndirilməsi, Qarabağda seysmik stansiyaların quraşdırılması ilə bağlı qarşıda duran vəzifələr barəsində də fikirlər əksini tapıb.
Məqalə ilə aşağıdakı linkə daxil olaraq tanış olmaq olar:
https://respublika-news.az/news/kecmisden-geleceye-uzanan-ugurlu-yol
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi