RSXM-nin baş direktorunun rəhbərliyi ilə Badamdardakı sürüşmə zonasına baxış keçirildi
MEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazinə baxış keçiriblər.
Baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub.
Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ərazidə monitorinqlər aparmışdı. Həmin monitorinqin nəticəsi olaraq, ərazidə ciddi işlərin görülməsinin vacibliyi vurğulanmışdı.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi