Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin baş direktorunun impakt faktorlu jurnalda yeni məqaləsi çap olunub

26 May 2020
RSXM-nin baş direktorunun impakt faktorlu jurnalda yeni məqaləsi çap olunub

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin  italiyalı alim Luciano Telesca ilə birlikdə həmmüəllifi olduğu “Analysis of the relationship between water level temporal changes and seismicity in the Mingechevir reservoir (Azerbaijan)" (Mingəçevir su anbarında suyun səviyyəsinin müvəqqəti dəyişməsi və seysmikliyi arasındakı əlaqənin təhlili (Azərbaycan) ) adlı məqaləsi Springer nəşriyyat evinin "Journal of Seismology " jurnalında (11 may 2020) çap olunub.

Qeyd edək ki, məqalənin digər həmmüəllifləri – azərbaycanlı alimlər  xrəddin Qədirov,Rafiq Səfərov, Qulam Babayev, Şirin Islamova və  Səbina Kazımovadır.

 Jurnalın beş illik impact faktoru 1.643-dür. Jurnal və məqalə ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar:

https://link.springer.com/article/10.1007/s10950-020-09926-3



AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə