Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin baş direktorunun Amerika Seysmoloji Cəmiyyətinin "Seysmoloji Tədqiqatlar" jurnalında yeni məqaləsi çap olunub

13 Mart 2024
RSXM-nin baş direktorunun Amerika Seysmoloji Cəmiyyətinin "Seysmoloji Tədqiqatlar" jurnalında yeni məqaləsi çap olunub

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin xarici alimlərlə birgə müəllifliyi ilə Amerika Seysmoloji Cəmiyyətinin "Seysmoloji Tədqiqatlar" jurnalında “Compilation of a Comprehensive Earthquake Catalog and Relocations in the Caucasus Region” (Qafqaz regionunda zəlzələlərin yenidən müəyyən edilməsi və Kompleks Kataloqunun tərtibi) mövzusunda yeni məqaləsi dərc olunub.

Məqalə  instrumental seysmik monitorinqin tarixi və inkişafından bəhs edir. Qeyd edilib ki, Lourens Livermor Milli Laboratoriyası, İliya Dövlət Universiteti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlığı çərçivəsində daha geniş ehtimal xarakterli seysmik təhlükənin qiymətləndirilməsinə dair layihəsinin bir hissəsi kimi Qafqaz və ətraf regionlar üçün geniş zəlzələ kataloqu hazırlanıb. Bu layihə çərçivəsində sovet dövründən qalan kağız bülletenlər rəqəmsallaşdırılıb və regional bülletenlər əsasında zəlzələlərin vahid kataloqu tərtib edilib. Həmçinin birölçülü sürət modeli hazırlanıb və zəlzələ məlumatları yenidən emal üçün istifadə edilib. Yekun kataloqda 1900-cü ildən 2015-ci ilə qədər Qafqaz regionunda maqnitudası 3,7 və yuxarı olan 16 963 zəlzələlərin parametrləri dəqiqləşdirilib.

Qeyd edək ki, Amerika Seysmoloji Cəmiyyətinin "Seysmoloji Tədqiqatlar" jurnalı Web of Science Core Collection: Science Citation Index Expande (SCIE) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan jurnal  3.3 impakt faktora malikdir və geofizika sahəsi üzrə Q1 kateqoriyasındadır. Ümumi reytinqi 1898-dir.

 Məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://pubs.geoscienceworld.org/ssa/srl/article-abstract/95/2A/1066/631981/Compilation-of-a-Comprehensive-Earthquake-Catalog?redirectedFrom=fulltext

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə