Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin baş direktorunun Amerika Seysmoloji Cəmiyyətinin bülletenində yeni məqaləsi dərc olunub

5 Aprel 2024
RSXM-nin baş direktorunun Amerika Seysmoloji Cəmiyyətinin bülletenində yeni məqaləsi dərc olunub

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin Amerika Seysmoloji Cəmiyyətinin bülleteninin (Bulletin of the Seismological Society of America) 2024 - 114(2) sayında xarici seysmoloqlarla birgə həmmüəllifliyi ilə yeni məqaləsi dərc olunub.

“Qafqaz regionunun seysmikliyinin yerdəyişməsi” adlı məqalədə 1951-2019-cu illərdə Qafqaz regionunda seysmikliyin öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs olunur. Tədqiqatçılar məqalədə əsas diqqəti Böyük Qafqaz və Mərkəzi Xəzər regionunun seysmikliyi və müxtəlif illərdə bu regionda seysmikliyin dəyişməsinə çəkiblər.

Məqalədə həmçinin, regionda seysmikliyin artması və dəyişməsinə təsir göstərən əsas amillər haqqında da fikirlər yer alıb.

Məqalə ilə aşağıdakı linkə daxil olaraq tanış olmaq olar:

https://pubs.geoscienceworld.org/ssa/bssa/article-abstract/114/2/857/629095/Relocation-of-the-Seismicity-of-the-Caucasus

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə