RSXM-nin baş direktorunun ABŞ-ın İmpakt faktorlu jurnalında məqaləsi çap olunub
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin Amerika və Gürcüstan alimləri ilə birlikdə həmmüəllifi olduğu “Probabilistic Seismic Hazard Assessment Using Legacy Data in Georgia” (Gürcüstanda baza məlumatları əsasında ehtimal olunan seysmik təhlükənin qiymətləndirilməsi) adlı məqaləsi Amerika Seysmoloqlar Cəmiyyətinin "Seismological Research Letters" jurnalının 91-ci sayının 3-cü nömrəsində (15 aprel 2020) çap olunub.
Qeyd edək ki, məqalənin digər həmmüəllifləri – amerikalı seysmoloq alimlər Tuna Onur, Rengin Gök , Gürcüstandan isə Tea Godoladze, İrakli Gunia, Giorgi Boichenko, Albert Buzaladze, Nino Tumanova, Manana Dzmanaşvili, Laşa Sukhişvili, Zurab Javakişvili, Eric Covgill, Istvan Bondardır.
Jurnalın İmpact Faktoru 3.888-dir. Bu jurnal geokimya və geofizika üzrə İmpakt faktorlu 84 jurnal arasında 17-ci yerdədir.
Jurnal və məqalə ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar:
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi