RSXM-nin baş direktoru VI Beynəlxalq Zəlzələ Simpoziumunda iştirak edir
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Türkiyə Respublikasında səfərdədir.
RSXM-nin baş direktoru səfəri çərçivəsində 19 avqust 1999-cu il Kocaeli və 12 noyabr 1999-cu il Düzce Şərqi Mərmərə Zəlzələlərinin 20 illiyinə həsr olunmuş Düzce Universiteti, Sakarya Universiteti, Yalova Universiteti, Gebze Texniki Universiteti, Kocaeli Hökümət Evi, Kocaeli Böyükşəhər Bələdiyyəsi, AFAD və MARKA-nın tərəfdaşlığı ilə Kocaeli Universitetində keçirilən VI Beynəlxalq Zəlzələ Simpoziumunda iştirak edir.
Qeyd edək ki, simpoziumda seysmologiya sahəsi ilə məşğul olan alimlər, memarlar, mühəndislər, təhsil işçiləri, səhiyyə işçiləri, hüquq və ictimai elm adamları, idarəçilər və yardım agentlikləri daxil olmaqla yerli və qlobal maraqlı tərəflər arasında zəlzələ ilə əlaqədar müzakirələr aparılıb. VI Beynəlxalq Zəlzələ Simpoziumu işini sentyabrın 27-də başa vuracaq.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi