RSXM-nin baş direktoru Rusiyada redaksiya heyətinə üzv seçilib
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin "Российский сейсмологический журнал" elmi jurnalının redaksiya heyətinə üzv seçilib.
Bununla bağlı Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin
Geofizika Xidmətinin direktoru Yuri Vinoqradov RSXM-ə məktub göndərib. Qeyd edək
ki, yeni jurnalda seysmologiya və geofizika sahəsində aparılan elmi tədqiqatlara
dair məqalələr nəşr ediləcək.
Xatırladaq ki, Q.Yetirmişli bundan əvvəl Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin "Землетрясения Cеверной Евразии" elmi jurnalının və Rusiya Elmlər Akademiyasının Ural bölməsinin Orenburq Elmi Mərkəzinin "Бюллетень" elektron elmi məcuməsinin redaksiya heyətlərinə üzv seçilmişdi.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi