RSXM-nin baş direktoru mətbuat konfransı keçirib
05 fevral 2019-cu il tarixində Ağsu və İsmayıllı rayonlarında baş vermiş zəlzələlərlə bağlı AMEA nəzdində RSXM-nin Zəlzələlərin Tədqiqatı bürosunda Mərkəzin Baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli jurnalistlər üçün mətbuat konfransı keçirib.
Mətbuat konfransında Qurban Yetirmişli zəlzələ bölgəsinin seysmik vəziyyəti, baş verən təkanlardan sonra ərazidə aparılan müşahidələr və hazırki vəziyyətlə bağlı məlumatları açıqlayıb. Zəlzələdən sonra 130-dan çox afterşokun qeydə alındığını, hazırda ərazidə prosesin davam etdiyini bildirib. Baş direktor həmçinin İsmayıllıdakı zəlzələlərin Bakıda hiss olunması məsələsinə də aydınlıq gətirib. Bakı şəhərinin geoloji quruluşunun mürəkkəb olduğunu qeyd edən Yetirmişli son zəlzələnin Yasamal, Xətai və Nəsimi rayonlarının bəzi hissələrində zəif hiss olunduğunu deyib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi