Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin baş direktoru beynəlxalq layihənin təqdimatında iştirak edib

27 İyul 2021
RSXM-nin baş direktoru beynəlxalq layihənin təqdimatında iştirak edib

İyulun 27-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli YUNESKO və Beynəlxalq Zəlzələ Mühəndisliyi və Seysmologiya İnstitutunun təşkil etdiyi  “Regional və Zəlzələ Monitorinq Sistemlərinin (REMS) yaradılması və Orta və Qərbi Asiyada sürətli zərər və itki qiymətləndirmə sisteminin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma” adlı layihənin təqdimatında iştirak edib.

 

“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Azərbaycan tərəfindən RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Beynəlxalq  Əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, YUNESKO-nun Tehran Klaster ofisinin məsul əməkdaşı Svetan Svetkovski, Beynəlxalq Zəlzələ Mühəndisliyi və Seysmologiya İnstitutunun (IIEES) vitse-prezidenti Məhəmməd Tatar, Beynəlxalq Zəlzələ Mühəndisliyi və Seysmologiya İnstitutunda (IIEES) “Risk İdarəetmə Araşdırma Mərkəzinin” direktoru Kambod Amini Hosseini, YUNESKO-nun Fəlakət Riskinin Azaldılması üzrə proqram mütəxəssisi Soiçiro Yasukava və digər əməkdaşlar iştirak ediblər. YUNESKO-nun Tehran Klaster ofisinin məsul əməkdaşı Svetan Svetkovski iclas iştirakçılarına layihə barədə məlumat verib.

Daha sonra Beynəlxalq Zəlzələ Mühəndisliyi və Seysmologiya İnstitutunun (IIEES) vitse-prezidenti Məhəmməd Tatar institutun təqdimatını edib. “Risk İdarəetmə Araşdırma Mərkəzinin” direktoru Kambod Amini Hosseini YUNESKO-nun II Kateqoriya Mərkəzinin fəaliyyətindən  bəhs edib.

İclas iştirakçıları zəlzələ monitorinqi zədələnmənin və itkinin tez qiymətləndirilməsi üçün əsas tələblər və mövcud imkanlar, layihənin potensial tərəfdaşlarının ehtiyacları və bölüşdürülə biləcək mövcud imkanlar, zəlzələ riskinin qiymətləndirilməsi və idarə edilməsində potensialın artırılması üçün regional əməkdaşlığa dair  müzakirələr aparıblar.

İclasda Regional və Zəlzələ Monitorinq Sistemlərinin (REMS) yaradılması təşəbbüsü bütün iştirakçılar tərəfindən dəstəklənib.

 AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə