Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin baş direktoru beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

16 Avqust 2021
RSXM-nin baş direktoru beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Özbəkistan Respublikası Elmlər Akademiyasının nəşr etdiyi  "Проблемы сейсмологии" (“Seysmologiyanın problemləri”) elmi jurnalının redaksiya heyətinə üzv seçilib. Bununla əlaqədar Özbəkistan Respublikası Elmlər Akademiyasının Seysmologiya İnstitutunun direktoru Vaxob Rafikov RSXM-nin baş direktoru Qurban Yetirmişliyə  məktub ünvanlayıb. 

 

Özbəkistan Respublikası Elmlər Akademiyasının Seysmologiya İnstitutunun direktoru Vaxob Rafikov məktubda elmi əlaqələrin genişlənməsi və hər iki ölkənin seysmoloqlarının əldə etdiyi elmi nəticələrlə yaxından tanış olmaq məqsədilə RSXM-nin əməkdaşlarının seysmologiya və seysmik təhlükələrin qiymətləndirilməsi sahəsində, o cümlədən Yer elmlərinin digər istiqamətləri üzrə apardıqları tədqiqatlar haqqında elmi məqalələrini dərc olunması üçün "Проблемы сейсмологии" (“Seysmologiyanın problemləri”) elmi jurnalına göndərməyi xahiş edib. Qeyd olunub ki, RSXM-nin və Azərbaycanda fəaliyyət göstərən Yer elmləri üzrə digər elmi müəssisələrin mütəxəssislərinin apardıqları tədqiqatların nəticələrinin bu jurnalda dərc olunması elmi nailiyyətləri geniş elmi ictimaiyyətə çatdırmağa və əldə olunmuş nəticələrin bugünkü səviyyəsini layiqli qiymətləndirməyə imkan verir.

Qeyd edək ki, Özbəkistan Respublikası Elmlər Akademiyasının nəşr etdiyi "Проблемы сейсмологии" (“Seysmologiyanın problemləri”) elmi jurnalı 2019-cu ildən ildə iki dəfə nəşr olunur.  Jurnalda seysmologiya ilə əlaqəli geofizikanın bütün sahələrində seysmik təhlükənin qiymətləndirilməsi və seysmik rayonlaşdırma, zəlzələnin proqnozlaşdırılması, texnogen seysmiklik, seysmotektonik və geodinamika, mühəndislik seysmologiyası, seysmik monitorinq və əlaqədar coğrafi informasiya sistemləri haqqında elmi məqalələr dərc edilir.

 AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi  

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə