RSXM-nin baş direktoru “Azərbaycan ərazisində seysmoloji tədqiqatlar: Respublikada mövcud vəziyyət” mövzusunda məruzə ilə çıxış edib
1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə Fövqəladə Hallar və Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə martın 1-də Azərbaycan Texniki Universitetində “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda konfrans keçirilib.
Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Azərbaycan ərazisində seysmoloji tədqiqatlar: Respublikada mövcud vəziyyət” mövzusunda məruzə ilə çıxış edib. Çıxışı zamanı RSXM-nin baş direktoru respublika ərazisində aparılan kompleks seysmoloji-geofiziki tədqiqatlar, alınmış nəticələr, hazırda ölkə ərazisindəki seysmik vəziyyətlə bağlı iştirakçıları məlumatlandırıb.